Xəzər Xəbər

Bu gündən bağçalara uşaq qəbuluna başlanılıb

Cəmiyyət | 15:55 • 15 Sentyabr 2023
Bu gündən bağçalara uşaq qəbuluna başlanılıb

Bu gün saat 16:00-dan etibarən valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.

Xezerxeber.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma müvəqqəti dayandırılmışdı.

Xəbər lenti