Uşaqlarda skolioz və kifoz deformasiyaları 70 dərəcənin üzərində olduqda iç orqanlarda ciddi problemlərə səbəb ola bilir.
Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.
Həkim bildirib ki, deformasiyaların ağır formalarında onurğa beynində gərginliyə səbəb olur və bu da yerimədə problemlərə səbəb ola bilir: “Bu cür hallardan əvvəl müalicə və cərrahi müdaxilə edilərək deformasiyaların yarada biləcəyi problemlərin qarşısı alınır”.
Həkim qeyd edib ki, uşaqların məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Onun sözlərinə görə, çanta seçərkən yüngül və uşaqların yaşına uyğun olması nəzərə alınmalıdır.