Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Nizami, Xətai rayonları ərazisində, eyni zamanda Şəmkir rayonunda ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xezerxeber.az-ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Nəsimi rayonunda “İnvest.M Construction” MMC, Nizami rayonu, Q.Qarayev prospektində “REA” MMC, Xətai rayonu, Xudu Məmmədov küçəsində “Suqovuşan” ictimai-iaşə obyekti, Şəmkir rayonu, Dəllər qəsəbəsində isə vətəndaş Mahirə Məmmədzadə tərəfindən kəsildiyi məlum olub:
“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.