Xəzər Xəbər

Faktiki hava şəraiti açıqlanıb

Cəmiyyət | 18:43 • 12 Sentyabr 2023
Faktiki hava şəraiti açıqlanıb

Sentyabrın 12-si saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Balakən, Şəki, Qax, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.

Xezerxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qax, Göyçayda duman müşahidə olunub.

Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 26 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar