Xəzər Xəbər

Xəzərdən şirin su əldə ediləcək MÜQAVİLƏ İMZALANDI

Cəmiyyət | 11:45 • 8 Sentyabr 2023
Xəzərdən şirin su əldə ediləcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə "Mekorot Water Company" şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

İsrailin milli su operatoru "Mekorot Water Company" şirkətinin direktorlar şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 faizinin təmsil etdiyi şirkət tərəfindən təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib. "Mekorot Water Company" şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də, suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti