Xəzər Xəbər

Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Cəmiyyət | 09:23 • 8 Sentyabr 2023
Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az bu barədə Biləsuvar rayon Prokurorluğuna istinadən bildirir.

İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar