Xəzər Xəbər

Yeni tədris ili üçün müəllimlərin sayı açıqlanıb

Cəmiyyət | 16:30 • 6 Sentyabr 2023
Yeni tədris ili üçün müəllimlərin sayı açıqlanıb

2023-2024 tədris ili üzrə təhsilalan və işçi heyətinin sayı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirdiyi brifinqdə söyləyib.

Nazir qeyd edib ki, təhsilalanlar 2,1 milyon nəfər, işçi heyət isə 300 min nəfər təşkil edəcək.

“Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlar olacaq”, - deyə nazir əlavə edib.

Xəbər lenti

Çox oxunanlar