Xəzər Xəbər

"Bakı Metropoliteni"ndə QR ödəniş sisteminə BAŞLANILIR

Cəmiyyət | 10:10 • 6 Sentyabr 2023
"Bakı Metropoliteni"ndə QR ödəniş sisteminə

"Bakı Metropoliteni"ndə QR ödəniş üsulunun tətbiqinə başlanılır.

 Xezerxeber.az xəbər verir kiŞ bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:

1. “BakıKart” mobil tətbiqini “Google Play” (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud “App Store” (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək;

2. Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);

3. Pul kisəsində balansı ən azı 1 manat artırmaq;

4. QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);

5. Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək

Xəbər lenti