Xəzər Xəbər

Paytaxt məktəblərinin 51 sinfi 100 faiz nəticə göstərib

Cəmiyyət | 12:22 • 4 Sentyabr 2023
Paytaxt məktəblərinin 51 sinfi 100 faiz nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 51 sinfi ali məktəblərə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək, məzunların hamısı tələbə adını qazanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.

Məlumata görə, paytaxtdakı 287 nömrəli “Zəkalar” liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.

Bundan əlavə, 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316 nömrəli tam orta məktəblərin və 220 nömrəli məktəb-liseyin 1 sinfi yüz faiz nəticə göstərib.

Xəbər lenti