Xəzər Xəbər

Ali məktəblərə boş qalan PLAN YERLƏRİNİN SAYI AÇIQLANDI

Cəmiyyət | 11:30 • 31 Avqust 2023
Ali məktəblərə boş qalan PLAN YERLƏRİNİN SAYI

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 70 301 nəfərdən 51 941 nəfəri tələbə adını qazanıb.

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanandan sonra hansı qrupda nə qədər boş yerin qaldığı müəyyənləşib.

Belə ki, universitetlərdə:

I ixtisas qrupu üzrə: 1 753 yer.

II ixtisas qrupu üzrə: 357 yer.

III ixtisas qrupu üzrə: 1 174 yer.

IV ixtisas qrupu üzrə: 234 yer.

V ixtisas qrupu üzrə: 383 yer boş qalıb.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

DİM bildirib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. 

Xəbər lenti