Xəzər Xəbər

İnstitut direktoru: “Ağciyər xərçənginin yaranması 90 % halda tütündən istifadə ilə bağlıdır”

Cəmiyyət | 16:00 • 30 Avqust 2023
İnstitut direktoru: “Ağciyər xərçənginin yaranması 90 % halda tütündən istifadə ilə bağlıdır”

“Ağciyər xərçənginin yaranma səbəbi 90% halda tütündən istifadə ilə bağlıdır”.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

O bildirib ki, həmin xəstələrə tütünü dərhal tərgitmələri tövsiyə olunur.

İnstitut direktoru onu da əlavə edib ki, vərəmin vaxtında aşkarlanması üçün həkim hər öskürən pasiyentə potensial vərəm xəstəsi kimi baxmalıdır: “Çünki hər öskürən şəxs bizim instituta müraciət etmir. Bu gün yeni risk qrupuna aid olan şəxslər siyahısına süni mayalanma etdirən qadınlar aid edilib və həmin şəxslər vərəmlə əlaqəli mütləq yoxlanmalıdır. çünki həmin müddətdə immun sistemi aşağı düşür. Unutmayaq ki, vərəm müalicə olunan xəstəlikdir”.

Xəbər lenti

Çox oxunanlar