Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət | 12:34 • 30 Avqust 2023
Sabahın hava proqnozu açıqlanıb

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Xəbər lenti

Çox oxunanlar