Xəzər Xəbər

Bakıda ticarət mərkəzinə partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs SAXLANILIB

Cəmiyyət | 19:55 • 28 Avqust 2023
Bakıda ticarət mərkəzinə partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs

“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.

Hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, hər hansı partlayıcı aşkarlanmayıb.

Polis yanlış məlumat verən şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat təsdiq olunub.

Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək. (apa)

Xəbər lenti

Çox oxunanlar