Xəzər Xəbər

Lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçimin nəticələri açıqlanıb

Cəmiyyət | 12:50 • 28 Avqust 2023
Lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçimin nəticələri açıqlanıb

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün II seçim mərhələsinin nəticələri elan edilib.

Xezerxeer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq qəbul nəticələri ilə tanış ola, eyni zamanda şagirdlərin sənədlərini qəbul olduqları müəssisəyə təqdim edə bilərsiniz.

Sənəd qəbulu 30 avqust saat 16:00-dək davam edəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti