Xəzər Xəbər

Bu ayın sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI

Cəmiyyət | 17:45 • 25 Avqust 2023
Bu ayın sosial ÖDƏNİŞLƏRİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödəyib.

Xezerxeber.az Nazirliyə istinadən məlumat verir ki, bundan əvvəl, avqustun 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 15-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Xəbər lenti

Çox oxunanlar