Xəzər Xəbər

Jurnalistlər üçün inşa edilmiş bina şəhid ailələri və müharibə əlillərinə verildi

Cəmiyyət | 15:49 • 25 Avqust 2023
Jurnalistlər üçün inşa edilmiş bina şəhid ailələri və müharibə əlillərinə verildi

Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu-20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillər ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə olunacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə həmin binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar