Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Nofəl Qurbanov paytaxtın Sabunçu rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Xezerxeber.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.
Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.
Şəhid Nofəl Qurbanov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.
Qeyd edək ki, 1971-ci i dekabrın 3-də Bakıda anadan olan Nofəl Qurbanov 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı şəhid olub.