Xəzər Xəbər

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU

Cəmiyyət | 13:04 • 25 Avqust 2023
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU

Azərbaycanda avqustun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 26-29° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.

Rubrikanın digər xəbərləri

Leysan yagacaq
Leysan yagacaq XƏBƏRDARLIQ
14:20 • 17 Noyabr 2024
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
12:44 • 17 Noyabr 2024
Hava şəraiti dəyişəcək
Hava şəraiti dəyişəcək
16:44 • 15 Noyabr 2024
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərdə duman olacaq PROQNOZ
13:15 • 15 Noyabr 2024
Ölkə ərazisində hava yağmursuz olub
Ölkə ərazisində hava yağmursuz olub Faktiki hava
09:27 • 15 Noyabr 2024
Sabah hava əsasən yağmursuz olacaq
Sabah hava əsasən yağmursuz olacaq
12:51 • 14 Noyabr 2024

Xəbər lenti