Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Zəkirə Mirzəyevanın əlamətləri bunlardır: boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli köynək və qara rəngli şalvar olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsinə təhvil vermişdilər.
Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.