Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.