Xəzər Xəbər

Traktor qaz xəttini zədələyib, bəzi ərazilərin qaz təchizatında fasilə yaranıb

Cəmiyyət | 11:41 • 24 Avqust 2023
Traktor qaz xəttini zədələyib, bəzi ərazilərin qaz təchizatında fasilə yaranıb

"Sumqayıt-Yaşma" magistral qaz xəttini traktor qazma işləri aparan zaman zədələdiyi üçün qəza halı ilə əlaqədar olaraq qaz təchizatı 24.08.2023-cü il tarixdə saat 10:10-dan dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən Xezerxeber.az-a verilən məlumata görə, Xızı və Siyəzən rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Hazırda təmir-bərpa işləri aparılır.

Xəbər lenti