Xəzər Xəbər

İkinci qrup üzrə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərənlərin sayı açıqlanıb

Cəmiyyət | 17:58 • 23 Avqust 2023
İkinci qrup üzrə qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərənlərin sayı açıqlanıb

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında ikinci ixtisas qrupu üzrə 757 nəfər 500-dən yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.

Bu barədə Xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Xəbər lenti