Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı 993,5 min nəfər olub.
Xezerxeber.az Dövlət Statistika Komitəsinin (DSK) hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz çoxdur.
Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana 32,5 faiz, Türkiyəyə 6,4 faiz artıb, İrana səfər edən vətəndaşların sayı 24,7 faiz azalıb. Azərbaycan vətəndaşlarının 42,5 faizi Türkiyəyə, 22,7 faizi Rusiyaya, 9,2 faizi Gürcüstana, 7,7 faizi İrana, 17,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.