Xəzər Xəbər

Birinci qrup üzrə qəbul imtahanlarında 675 nəfər 600-dən çox bal toplayıb

Cəmiyyət | 13:47 • 22 Avqust 2023
Birinci qrup üzrə qəbul imtahanlarında 675 nəfər 600-dən çox bal toplayıb

Birinci ixtisas qrupunun RK altqrupunda 262, Rİ altqrupunda isə 413 nəfər olmaqla ümumilikdə 675 abituriyent 600-dən çox bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb.

Xezerxeber.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il I qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar.

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.

Xəbər lenti