“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”.
Bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq". (report)