Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürüləcək.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.