Xəzər Xəbər

Qusarda zəhərlənmədə adı hallanan Hoteldən AÇIQLAMA BİZİMLƏ ƏLAQƏSİ YOXDUR

Cəmiyyət | 18:20 • 17 Avqust 2023
Qusarda zəhərlənmədə adı hallanan Hoteldən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Qusar rayonunda yerləşən istirahət mərkəzlərindən birində 5 nəfər zəhərlənib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.

Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.

Qeyd edək ki, hadisənin Qusar rayonunun Caqar kəndində, "De lux Park Qusar" istirahət mərkəzinin ərazisində baş verdiyinə dair məlumatlar yayılıb. Məsələ ilə bağlı istirahət mərkəzinin rəsmisi Ruslan Əsgərov Xezerxeber.az-a bildirib ki, zəhərlənmə hadisəsinin adı hallanan istirahət mərkəzi ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, məlum hadisə digər istirahət zonasında baş verib.

"Ancaq Hotel rəsmisi həmin istirahət mərkəzinin adını çəkməyib".

Ruslan Əsgərov zərərçəkənlərin belə bu hadisənin başqa istirahət mərkəzində baş verdiyini təsdiqləyə biləcəyini qeyd edib.

Xəbər lenti