Xəzər Xəbər

TƏBİB Qusarda zəhərlənənlərin vəziyyətini AÇIQLADI

Cəmiyyət | 17:00 • 17 Avqust 2023
TƏBİB Qusarda zəhərlənənlərin vəziyyətini

Qusar rayonunda yerləşən istirahət mərkəzlərindən birində 5 nəfər zəhərlənib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qusar rayonunun Caqar kəndində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 5 nəfər ( 3 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə yerləşdirilib.

Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.

Qeyd edək ki, hadisənin Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində baş verdiyinə dair məlumatlar yayılıb. Məsələ barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda bildirilib ki, Qusar rayonunda istirahət mərkəzində baş verən hadisənin səbəbləri, həmçinin, qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. (trend)

Xəbər lenti