Xəzər Xəbər

Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara XƏBƏRDARLIQ

Cəmiyyət | 17:10 • 15 Avqust 2023
Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara

İnstaqram sosial şəbəkəsində “PashaPay” şirkətinin məhsulu olan “m10” elektron pulqabısı adından saxta səhifələr yaradılıb. Həmin səhifələr müxtəlif kampaniyalar keçirərək, vətəndaşların fərdi və bank kartı məlumatlarını ələ keçirirlər.

Xezerxeber.az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Xəbər lenti

Çox oxunanlar