Ötən ay mənzil bazarında qiymətlərin stabilləşməsi müşahidə olunub, lakin bağ və fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.
Xezerxeber.az İqtisadi və Sosial İnkişaf Mərkəzinə istinadən(CESD) məlumat verir ki, görə, fərdi evlərdə və torpaq sahələrində 3.2 faiz qiymət artımı qeydə alınıb.
Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə isə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə cəmi 0.2 faiz qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində isə qiymət 1.1 faiz qiymət artımı qeydə alınıb.
Kirayə bazarında daha çox qiymət artımları bağ və fərdi həyət evlərində müşahidə olunub. Belə ki, iyul ayında bağ evlərində kirayə haqqları 7.4 faiz yüksəlib. Bu da yay mövsümü ilə əlaqədar tələbin artması ilə bağlıdır.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,2% təşkil edib. Halbuki yanvar-iyun aylarının yekununda illik inflyasiya 12,7% olmuşdu.
İstehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3%, qeyri-ərzaq məhsulları üzrə 111%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.
Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,3%, ötən ilin iyun ayına nisbətən 109,4% olub.