Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana 208 ton ət məhsulları göndərilib.
Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Bildirilib ki, “Çerkizov Ət Emalı Zavodu” SC-nin Ulyanovsk filialı Azərbaycana 12 partiya ət məhsulları (kolbasa məmulatları) göndərib.
Məhsullar “Rosselxoznadzor”un Çuvaşıstan və Ulyanovsk üzrə İdarəsinin inspektorları tərəfindən yoxlanılıb. İxrac olunan məhsullar Azərbaycanın idxal tələblərinə uyğun gəlir, keyfiyyəti və təhlükəsizliyi laboratoriya yoxlamaları ilə təsdiqlənib. (azertag)