Xəzər Xəbər

Laçın, Füzuli və Zəngilana köçürüləcək 705 nəfər tibbi müayinələrə cəlb olunub

Cəmiyyət | 14:12 • 9 Avqust 2023
Laçın, Füzuli və Zəngilana köçürüləcək 705 nəfər tibbi müayinələrə cəlb olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.

TƏBİB-dən bildirilib ki, ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub.

 

Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.

 

Xəbər lenti

Çox oxunanlar