Xəzər Xəbər

Metroda nasazlıq yarandı - Sərnişinlər düşürüldü

Cəmiyyət | 08:47 • 9 Avqust 2023
Metroda nasazlıq yarandı - Sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qeyd olunub ki. qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə qatar verilib.

 

Xəbər lenti