Xəzər Xəbər

Dərslərin sentyabrın 1-dən yoxsa, 15-dən başlayacağı BİLİNDİ

Cəmiyyət | 16:23 • 8 Avqust 2023
Dərslərin sentyabrın 1-dən yoxsa, 15-dən başlayacağı

Dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Elm və Təhsil Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - deyə məlumatda qeyd olunub. 

 

Xəbər lenti

Çox oxunanlar