Xəzər Xəbər

Kərim Vəliyev Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb

Cəmiyyət | 15:10 • 8 Avqust 2023
Kərim Vəliyev Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi ilə görüşüb

Avqustun 8-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər.

 

Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

 

Xəbər lenti

Çox oxunanlar