Xəzər Xəbər

Bakı, Sumqayıt və Abşeronda avqust ayının pensiyaları ödənilib

Cəmiyyət | 13:07 • 8 Avqust 2023
Bakı, Sumqayıt və Abşeronda avqust ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Bu barədə xezerxeber.az-a DSMF-dən xəbər verilib.

Bildirilib ki, yaxın günlərdə isə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.

 

Xəbər lenti

Çox oxunanlar