Xəzər Xəbər

Türkiyədə limanda partlayış baş verib, 10 nəfər yaralanıb - YENİLƏNİB

Cəmiyyət | 16:51 • 7 Avqust 2023
Türkiyədə limanda partlayış baş verib, 10 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda baş vermiş partlayışda xəsarət alanların sayı artıb.

Kocaeli valisi Seddar Yavuz bildirib ki, yaralıların sayı 10-a çatıb.

Bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Dağıntılar altında qalan yoxdur.

Derince bələdiyyə sədri Zeki Aygün partlayışın taxıl anbarında baş verdiyini bildirib.

O, sıxılmanın partlayışa səbəb olduğunu vurğulayaraq, hazırda yanğının olmadığını qeyd edib. Zeki Aygünün sözlərinə görə, xəsarət alanlar artıq xəstəxanaya çatdırılıb.

***

Türkiyənin Kocaeli şəhərinin Derince limanındakı depoda partlayış olub.

Bu barədə TRT məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunub ki, bölgəyə çoxlu sayda xilasedici və yanğınsöndürən maşınlar göndərilib. (apa) 

 
 

 

Xəbər lenti

Çox oxunanlar