Xəzər Xəbər

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib FOTO

Cəmiyyət | 14:57 • 7 Avqust 2023
Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

 

Xəbər lenti