Xəzər Xəbər

Sumqayıtdakı turniketlərin işində fasilə yaranıb

Cəmiyyət | 11:28 • 7 Avqust 2023
Sumqayıtdakı turniketlərin işində fasilə yaranıb

Sumqayıt sərnişin dəmir yolu stansiyası fəaliyyətini qrafik üzrə davam etdirir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, məlumat üçün bildiririk ki, bu gün səhər saat 07.20-07.40 arası Sumqayıt sərnişin stansiyasına şəhər enerji şəbəkəsindən daxil olan elektrik enerjisinin verilməsində qısa kəsintilər yaranıb.

 

Bu səbəblə stansiyada istismar olunan turniketlərin işində fasilələr yaranıb və sərnişinlərin mənzilbaşına vaxtında çatmaları üçün onların qatarlara buraxılması qeydiyyatdan kənar təmin edilib.

Hazırda Sumqayıt sərnişin stansiyası fəaliyyətinin gündəlik qrafik üzrə davam etdirir.

 

Xəbər lenti