Xəzər Xəbər

Naxçıvanda daha bir nazirlikdə yoxlamalar APARILIR

Cəmiyyət | 11:00 • 7 Avqust 2023
Naxçıvanda daha bir nazirlikdə yoxlamalar APARILIR

Naxçıvan Muxtar Respublikasında daha bir nazirlikdə yoxlamalar başlayıb.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yoxlamalar aparır.

Məlumata görə, Hesablama Palatasının iş qrafikinə uyğun olaraq 2021 və 2022-ci il dövrü üzrə yoxlama aparılır.

Səhiyyə Nazirliyi yoxlamalarla bağlı xəbəri təsdiq edib.

 

Xəbər lenti

Çox oxunanlar