Xəzər Xəbər

Çimərliklərdə istirahət edən vətəndaşlara Müraciət

Cəmiyyət | 18:41 • 6 Avqust 2023
Çimərliklərdə istirahət edən vətəndaşlara

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.

"Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar. DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir”, -deyə məlumatda qeyd olunur.

Xəbər lenti