Xəzər Xəbər

Ağdamda talvarlar yanıb, 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarət alıb FHN

Cəmiyyət | 09:12 • 6 Avqust 2023
Ağdamda talvarlar yanıb, 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarət alıb

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində ümumi sahəsi 16 m² olan talvarın yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və ərazidə yığılan 78 ton ot bağlamasının 41 tonu yanıb.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti