Xəzər Xəbər

Uşağın inkişafının gecikməsinə səbəb olan AMİLLƏR - SİYAHI

Cəmiyyət | 12:20 • 4 Avqust 2023
Uşağın inkişafının gecikməsinə səbəb olan AMİLLƏR - SİYAHI

"Əmgək - kəllə sümükləri arasında sümükləşən bölgələrdir. Doğularkən körpədə 6 əmgək növü müşahidə oluna bilər: cüt və qeyri-cüt. Ən “məşhur” 2 alın və 2 təpə sümükləri arasında yerləşən böyük əmgəkdir. Əmgəklərin ölçülərinə fərdi göstəricilər təsir edir: hestasiya yaşı, genetik meyillik, maddələr mübadiləsinin vəziyyəti, xəstəliklərin olması".

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib. 

Onun sözlərinə görə, sağlam körpələrin 1%-də böyük əmgək 3 aya qədər bağlana bilər: "Həmin uşaqların valideynləri narahat olmasına səbəb yoxdur, onlar ancaq baş dairəsinin ölçüləri nəzarət altında saxlamalıdırlar. Kəllə ossifikasiyası prosesində böyük əmgək 12-18 aya qədər tamamilə bağlanır".

İnkişaf gecikməsi aşağıdakı səbəblərdən yarana bilər:

• ananın xroniki xəstəlikləri;
• hamiləlik zamanı alkoqol istifadəsi;
• psixotrop dərmanlar;
• irsi faktorlar;
• məişət şəraitinin münasib olmaması;
• ailədaxili münasibətlər;
• zəif qayğı.

 

Xəbər lenti