Xəzər Xəbər

Bu yol rənglənir SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Cəmiyyət | 16:30 • 3 Avqust 2023
Bu yol rənglənir

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-30-cu kilometrlik hissəsində hər iki istiqamətdə olmaqla yolçizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edib.

Xəbər lenti