Xəzər Xəbər

Bərdədə Yuxarı Qarabağ kanalının bəndi uçdu... Ətraf əraziləri su basıb... FHN

Cəmiyyət | 17:54 • 2 Avqust 2023
Bərdədə Yuxarı Qarabağ kanalının bəndi uçdu... Ətraf əraziləri su basıb...

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə Xezerxeber.az FHN-nə istinadən bildirir.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Xəbər lenti

Çox oxunanlar