Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbədənkənar sessiyasında muxtar respublikanın müəyyən qanunlarında dəyişiklik edilib.
Xezerxeber.az xəbər verir ki, sessiyada “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Qanununa dəyişiklik layihəsi müzakirə olunaraq qəbul edilib.
Növbədənkənar sessiyada “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik layihəsi də müzakirə olunub və qəbul edilib.