Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən qida subyektlərinə müraciət edib.
Agentlikdən xezerxeber.az-a verilən məlumata görə müraciətdə bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar.
Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir.
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida subyektlərinin əməkdaşları üçün gigiyenik təlimlər təşkil edir. Təlimdə iştirakla bağlı qida subyektləri (012) 377 00 20 (daxili: 483) nömrə ilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər.
Bildirilir ki, əməkdaşlarının gigiyenik təlimlərdə iştirakını təmin etməyən sahibkarlıq subyektləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaq.