Xəzər Xəbər

Azərbaycanda dövlət bu şəxslərə yemək pulu verəcək RƏSMİ

Cəmiyyət | 11:15 • 1 Avqust 2023
Azərbaycanda dövlət bu şəxslərə yemək pulu verəcək

Əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edənlərin qidalanması dövlət büdcəsi hesabına qarşılanacaq.

Xezerxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarına uyğun olaraq Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilən və kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacı olan əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslər (1 nəfərdən çox olmamaqla) üçün qida normalarının “Ümumi tipli əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri (böyüklər)” üçün müəyyən edilmiş normalara uyğun tətbiq edilməsi dövlət büdcəsi hesabına təmin ediləcək.

 

Xəbər lenti