Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.
Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.
Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.