Xəzər Xəbər

Faktiki hava şəraiti açıqlanıb

Cəmiyyət | 11:14 • 31 İyul 2023
Faktiki hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Xaltanda 14 mm, Lerikdə 9 mm, Bərdədə 8 mm, Qax, Astarada 7 mm, Tərtər, Şahdağda 6 mm, İsmayıllı, Balakən, Zaqatala, Yevlax, Quba, Qəbələ, Lənkəran, Göyçay, Yardımlı, Neftçala, Tovuz, Gəncə, Qrız, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Daşkəsən, Gədəbəy, Qusar, Mingəçevir, Şabranda 5 mm-dək, Bakıda və Abşeron Yarımadasında 1 mm-dək olub.

İyulun 30-da şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naxçıvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Xəbər lenti